Türkiyəyə terror xəbərdarlığı

66813c10b561d7e1b1f1768db090bda6ABŞ Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq edib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi Gaziantep şəhərində xüsusən əcnəbilərin üstünlük verdiyi ticarət mərkəzləri və obyektlərdə terror aktı təşkil edilə biləcəyi barədə xəbərdarlıq yayıb.

Səfirliyin ABŞ vətəndaşlarına xitabən yayımladığı mesajda qeyd olunub ki, Türkiyə polisi Gaziantepdə terrorçularla bağlı istintaq aparır və bu məlumat terrorçuların ticarət mərkəzləri və Qərb ölkələrinin vətəndaşlarının getdikləri restoran və kafeləri hədəf alacağına işarə edir.

Səfirlik ABŞ vətəndaşlarına belə yerlərə gedərkən ehtiyatlı olmağı, mümkünsə, getməməsi tövsiyə edib. ABŞ səfirliyi terror aktının hansı terror təşkilatları tərəfindən həyata keçirilə biləcəyinə aydınlıq gətirməyib.