Türkiyəyə qar yağdı – FOTOLAR

Bu gün Türkiyədə gözlənilməz hadisə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin Artvin şəhərinin yüksək dağlıq ərazilərinə qar yağıb. Yağıntı Bilbilan yaylası və Yığılı kəndində daha çox qeydə alınıb.

Hadisə qardaş ölkədə təəccüblə qarşılanıb. Yay aylarında qar görməyən sakinlər bu hadisəni telefonlarının yaddaşına köçürməyə və sosial şəbəkələrdə yaymağa çalışıblar.