Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türklər Almaniyadan qovulur

kas_62877-1290-1-30_220Almaniyanın daxili işlər naziri Günter Krings qondarma “erməni soyqırımı”na dəstək verən türk əsilli millət vəkillərini tənqid edən Türkiyə vətəndaşlarını şantaj etməyə başlayıb. O, etiraza qalxan türklərə Almaniyada yaşamaq üçün verilən icazənin vaxtının uzadılmayacağını deyib.

Bu barədə AzVision.az Almaniya KİV-lərinə istinadən xəbər verir.

“Bu şəxslər Almaniyaya və alman hüquq sisteminə inteqrasiya olunmayıblar. Türklərin bu hərəkətləri yaşayış üçün icazəni uzatmamaqla bağlı qərarlarda nəzərə alınmalıdır”, – deyə G.Krings vurğulayıb.

G.Krings təhdid dolu xəbərdarlığında Almaniyada yaşayan türklərə Rəcəb Tayyib Ərdoğanla eyni düşüncədə olmamağı tövsiyə edib. Nazir türklərin Almaniyadan çıxarılacağını istisna etməyib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqında qondarma erməni “soyqırım”ını tanıyan qətnaməyə səs verən türk əsilli millət vəkillərini sərt tənqid edib.

www.yenicag.az

422