İraq türkmanları 12 mayda keçiriləcək seçkilərlə əlaqədar qərarını açıqlayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq Türkman Cəbhəsinin lideri Ərşad Saleh seçkilərə güclü koalisiya quraraq qatılacaqlarını bildirib. Milliyyətçi Türkman Hərəkatı Partiyası, Türkmənəli Partiyası, Türkman Qərar Partiyası, İslami Türkman Vəfa Hərəkatı və İraq Türkman İslam Partiyası vahid koalisiya quraraq İraq Türkman Cəbhəsinin bayrağı altında birləşəcək.
Ərşad Saleh qeyd edib ki, səslərin bölünməməsi türkmanların hüquqlarını qorumağın ən yaxşı yoludur.