Türkmənbaşı postunu oğluna ötürdü: Türkmənistanın yeni prezidenti oldu

Türkmənistanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, nəticələrə görə, seçicilərin 72,97 faizinin səsini toplayan Sərdar Berdiməhəmmədov ölkənin yeni prezidenti seçilib.

Qeyd edək ki, Türkmənistanda 3 milyon 435 min 950 nəfər qeydiyyata alınmış seçici var.

9 namizədin mübarizə apardığı seçkilərə qatılma faizi 97,12 olub. Xatırladaq ki, Sərdar Berdiməhəmmədov hazırki prezident Qurbanqulu Berdiməhəmmədovun oğludur.

COP29