Türkmənistan 2024-cü ildə OTT-nin tamhüquqlu üzvü ola bilər.
Yenicag.az xəbər verir ki, bunu Antalyada keçirilən Diplomatik Forum zamanı jurnalistlərin suallarını cavablandıran Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov deyib.
O bildirib ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olması yəqin ki, Aşqabadda türkmən şairi Məqtimqulu Fraqinin 300 illik yubileyinə həsr olunmuş Zirvə Toplantısı zamanı elan ediləcək.
Hazırda Türkmənistan TDT-də müşahidəçi statusuna malikdir.
Qeyd olunur ki, prezident Ərdoğan da bu sammitdə iştirak etmək arzusunu ifadə edib.
Xuraman Etibarlı