!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkmənistan da Konstitusiyanı dəyişir – 7 il

!Reklam – Yazi

Türkmənistan Konstitusiyasına da dəyişikliklər ediləcək.

“Qafqazinfo” rus KİV-ə istinadən xəbər verir ki, sentyabrın 14-də Aşqabadda Ağsaqqallar Şurasının iclası keçiriləcək və burada ölkənin yeni konstitusiyası qəbul olunacaq. Şuranın toplanması barədə fərmanı ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıb.

Bildirilir ki, toplantıda Türkmənistan Məclisinin üzvləri, o cümlədən, bütün idarəetmə orqanlarının nümayəndələri iştirak edəcək və yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı səsvermə keçiriləcək.

Hazırki konstitusiya ilə yeni layihə arasında əsas fərq prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılmasıdır. Həmçinin prezidentlik üçün yaş senzinin götürülmasi də təklif olunur.

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv