!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkmənistan geniş anti-FETÖ əməliyyatına başladı

!Reklam – Yazi

1469257094454Türkmənistan FETÖ mövzusunda Türkiyəyə tam dəstək verdi. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistan səfərindən sonra qonşu ölkədə FETÖ əməliyyatı davam edir.

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun Ərdoğanın Camaatla bağlı fikirlərinə, xüsusilə, fəaliyyət göstərdikləri ölkələrin iqtidarlarına sızmaqda professional olmaları ilə ilgili sözlərinə dəstək verdiyi keçirilən əməliyyatlarla özünü göstərir.

Türkmənistanın 5 böyük şəhərində FETÖ-yə bağlı beş məktəbin bağlanması ilə bağlı təlimat verən Berdimuhammedov həmin məktəblərin idarə edənləri və müəllim heyətini də dəyişdirdi və məktəblər dövlətin kontroluna keçdi.

Bundan başqa Türkmənistanda fəaliyyət göstərən 150-ə yaxın şəxs də FETÖ əməliyyatı çərçivəsində həbs olundu.

Qeyd edək ki, ölkəsinin milli təhlükəsizliyi ilə bağlı keçirilən tədbirlər nəticəsində Pakistan, Gabon və Seneqal Gülən məktəblərini bağlayıb. Azərbaycanda isə yalnız Naxçıvanda FETÖ məktəbləri bağlandıqdan sonra şagirdlər digər məktəblərə dağıdılaraq, liseylərin başqa adla fəaliyyətlərini davam etdirmələrinə icazə verilməyib. Təəssüf ki, Azərbaycanın digər bölgələrindəki məktəblər və hazırlıq kursları başqa adlarla fəaliyyətlərini davam etdirirlər.

 

Yenicag.az

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv