Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun yoxa çıxması ölməsi ilə əlaqədar deyil.
Yenicag.az xəbər verir ki, buna səbəb Prezidentin anasının ağır xəstə olması göstərilib.
Bu barədə Rusiyanın NTV telekanalı, türkmən mənbələrinə istinadən xəbər yayıb.
“Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 10 gündür ağır vəziyyətdə yataqda olan anasını ziyarət etmək üçün Almaniyaya gedib”, – deyə mənbələr bildiriblər.
Yerli KİV qeyd edir ki, Berdiməhəmmədov təxminən iki həftədir ictimaiyyət arasında görünmür. Daha əvvəl isə dövlət televiziyası bəyan etmişdi ki, Prezident ailəsi ilə bir yerdə olmaq və yarımçıq qalmış kitabını tamamlamaq üçün məzuniyyətə gedib. Yeri gəlmişkən, bundan sonra Berdiməhəmmədovun təyyarələrindən biri Almaniyada görünmüşdü./Virtualaz.org/