Türkmənistan prezidentindən “avtoşou” – VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Aşqabadın şimalında yerləşən Avtomobil idman mərkəzində yeni yarış maşınlarına baxış keçirib.

Yenicag.ru xəbər verir ki, prezident avtomobilləri şəxsən sınaqdan keçirdib. Məlumata görə, o, avtomobillərdən birinin sükanı arxasına keçərək, mühərrikin gücünü, manevr imkanını, əyləci, həmçinin, oturacağın rahatlıq səviyyəsini yoxlayıb.

Qeyd edək ki, Berdimuhammedov tez-tez müxtəlif avomobil yarışlarında iştirak edir.