Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkmənistan Xəzər iqtisadi forumuna hazırlıq işlərinə başladı

Reklam: High Technic

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2019-cu ildə Xəzər iqtisadi forumunun keçirilməsi üçün hazırlıq işlərinə başlamaq tapşırığı verib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı, həmçinin Xəzərdə təhlükəsizliyin təmini üzrə fəaliyyəti aktivləşdirməyi, o cümlədən dənizdə axtarış-xilasetmə işləri haqqında beştərəfli sazişin hazırlanmasında fəal iştirak etməyi tapşırıb.

B.Berdiməhəmmədov bildirib: “Biz Xəzər dənizində elmi tədqiqatların aparılması haqqında beştərəfli sazişin hazırlanmasında da iştirak etməliyik”.

Xatırladaq ki, bundan əvvəl Türkmənistan daimi fəaliyyət göstərən Xəzər iqtisadi forumunun – region ölkələrinin hökumət və işgüzar dairələrinin nümayəndələri üçün xüsusi danışıqlar meydanının yaradılması təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, cari ilin payızında Türkmənistanda Xəzər dənizinin hidrometeorologiya üzrə əlaqələndirmə komitəsinin sessiyası keçiriləcək./Trend/

www.yenicag.az

2017
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100