Bu gün Türkmənistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayır.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, səsvermə fevralın 11-dək davam edəcək.
On gün ərzində seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
Qanunvericiliyə uyğun olaraq, əsas səsvermə günü, fevralın 12-də müxtəlif səbəblərdən səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək. Seçkilərə əlaqədar ümumilikdə 2578 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Xatırladaq ki, prezident postuna hazırkı dövlət başçısı Qurbanqulı Berdiməhəmmədov daxil olmaqla, 9 nəfərin namizədliyi irəli sürülüb.
Yeniçağ.Az