Türkmənistandan Bakıya gəlməyə hazırlaşan gəmidə terror aktının qarşısı alınıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkmənbaşı limanındakı “Bəxtiyar” adlı bərəyə partlayıcı keçirtməyə hazırlaşan iki qardaş (ad, soyad açıqlanmır) saxlanılıb. Məlumata görə, onlar müxtəlif yerlərə bilet alıblar və partlayıcı maddələri ayrı-ayrılıqda keçirdərək, bortda quraşdırmağı planlaşdırıblar. Plana əsasən, bomba Türkmənistan ərazilərindəki sularda partalayacaqmış.
Həmçinin bildirilir ki, həmin gün gəmidə 170-ə yaxın sərnişin və türk şirkətlətinə məxsus olan yük avtomobilləri daşınacaqdı.