!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkmənistanla Kəpəz yatağı ilə bağlı mübahisələrin həlli..." - AÇIQLAMA

!Reklam – Yazi

“Kəpəz yatağı ətrafında Türkmənistanla mübahisələri həll etməsi əlaqələrin inkişaf mərhələsinə keçməsinə müsbət töhfə verdi”.

Bu sözləri Azərbaycan, Türkiyə və Türkmənistan arasında imzalanan üçtərəfli sazişin Türkmənistan tərəfindən ratifikasiya olunmasına münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O həmçinin bilidirb ki, Azərbaycan və Türkmənistan Orta dəhlizin iştirakçıları olduğundan qarşıda onları yeni ticarət layihələrinin bir hissəsi olması gözləntiləri var.

“Son zamanlar Türkiyənin siyasətində əsas istiqamətlər TDT arasında əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Əvvəllər bu qurum iqtisadi birlik funksiyasını yerinə yetirirdi. Sonradan təşkilat çoxtərəfli əməkdaşlıq funksiyalarını üzərinə götürdü.

Türkmənistan ənənəvi olaraq Türkiyə və Azərbaycanla son dövrlərə kimi o qədər də yaxşı inkişaf etməmişdi. Xüsusən də, Azərbaycanın Xəzər dənizindəki Kəpəz yatağı ətrafında Türkmənistanla mübahisələri həll etməsi əlaqələrin inkişaf mərhələsinə keçməsinə müsbət töhfə verdi.

Burada digər bir məsələ – türkdilli ölkələrin ticarət və tranzit əlaqələrinin daha da artırılması istiqamətində əməkdaşlığı genişləndirmək məqsədləri ön plana çıxarılır. Türmənistan bir növ regional inteqrasiyadan nisbətən kənarda qalıb və son dövrlər daxilə yönəlik qapanma siyasəti müşahidə olunur.

Bundan sonra TDT çərçivəsində əlaqələrin gücləndirilməsi hər üç ölkə üçün yaxşı perspektivlər vəd edir. Sözügedən ölkə zəngin enerji resusrlarına, Azərbaycan isə yüksək enerji infrastrukturuna malik olduğundan bu əməkdaşlıq ölkələrarası zəngin resursların dünya bazarına ötürülməsinə şərait yaradacaq. Lakin təkcə əməkdaşlıq burada yekunlaşmır. Bu ölkələr Orta dəhlizin iştirakçıları sayılır və tranzit yükdaşımalarının, həmçinin qarşılıqlı ticarət və investisiya layihələrinin bir parçası rolunda çıxış edirlər”.

Yusif Səmədzadə

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv