Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkmənlərin qatılmadığı, terrorçunun iştirak etdiyi Soçi konqresi... - Nəticəsiz görüş  

Reklam: High Technic

Soçidə Suriya məsələsilə bağlı keçirilən Milli Dialoq Konqresi başa çatdı. Görəsən 1600-ə qədər nümayəndənin iştirak etdiyi bu konqres hansı nəticələri əldə etdi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında Soçidə baş tutan sözügedən görüşdən ümumən məmnun qalmadığını diqqətə çatdırdı:

“Əslində, Soçidə Suriya məsələsilə bağlı keçirilən konqres ciddi nəticələrlə yekunlaşmadı. Tədbirdən sonra bu istiqamətdə yayımlanan bəyanat da böyük ehtimalla əvvəlcədən hazırlanmışdı. Eyni zamanda, bu konqresdə Türkiyənin maraqlarına zidd olan addım da atılmadı. İlk gün Suriyada yaşayan türkmənlərin bir qismi toplantıya qatılmaqdan imtina etdi. Bir də Türkiyənin Hakay bölgəsində 52 nəfərin ölümünə səbəb olan terrorçunun həmin tədbirə necə düşdüyü bəlli olmadı. Amma bunun xaricində PYD/YPG tədbirə dəvət olunmadı ki, bu da Ankaranın maraqlarına cavab verir. Üstəlik, konqresdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və İrana Suriyadakı fəaliyyətinə görə minnətdarlığını bildirdi. Amma bütün bunlar o demək deyil ki, Soçidə keçirilən konqres Suriya probleminin həllində önəmli rol oynayacaq. Birinci mərhələ yekunlaşıb. İŞİD terrorçuları məhv edilib. İndi isə ikinci və əsas mərhələ gəlir ki, bu da siyasi prosesləri sürətləndirmək və seçki keçirtməkdən ibarətdir. Lakin bu istiqamətdə nəticəyə gəlmək çox çətin olacaq. Suriyada bir çox dövlətlərin maraqları kəsişir. Bununla belə, Soçi görüşünə problemlərin siyasi yolla həlli istiqamətində ilk addım kimi baxmaq olar. Yəqin ki, prosesin sonrakı gedişi başqa ölkələrdə keçiriləcək bu kimi tədbirlərdən də asılı olacaq. Rusiya isə bu məsələdə əvvəlki kimi fəallığını nümayiş etdirəcək. ABŞ-a gəldikdə, Rusiya ilə ağır münasibətlərdə olması fonunda, onun bu tədbirdə iştirakı da gözlənilmirdi. Hazırkı şəraitdə Amerika ilə Rusiyanın ortaq məxrəc tapması mümkün deyil. Ukrayna məsələsində bu iki ölkənin maraqları toqquşur. Suriya məsələsində də ortaq məxrəcə gəlməyəcəklər. ABŞ çalışacaq ki, Suriyada Moskvanın planlarını pozsun”.

ELÇİN

www.yenicag.az

1346
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM