!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

TÜRKPA-dan Laçınla bağlı BƏYANAT

!Reklam – Yazi

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasına dair bəyanat verib.

Yenicag.az xəbər verir ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq davam etməkdə olan prosesin bir hissəsi kimi, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını təqdir edib.

Qeyd edilib ki, TÜRKPA qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha xatırladaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması üçün səylərə dəstəyini ifadə edir və bu prosesin Cənubi Qafqazda davamlı sülh, sabitlik və dayanıqlı inkişafa nail olunmasına töhfə verəcəyinə inanır.

www.yenicag.az

248
Ads
www.veteninfo.com
!Reklam – Arxiv