TÜRKPA-nın Baş katibi Azərbaycan xalqını təbrik etdi

TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda bildirilib ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun göstərdiyi bənzərsiz şücaət və əzmkarlıqla qazanılmış zəfər müasir tarixə misli görülməmiş bir hadisə kimi daxil olub. Xalqın iradəsi və ölkə liderinin uğurlu siyasəti ilə aparılan bu mübarizədə Azərbaycan öz haqlı qələbəsini qazanaraq əzəli torpaqlarını geri qaytarıb.

Türk ölkələri arasında əməkdaşlığa Milli Məclis sədrinin verdiyi töhfələri xüsusi vurğulayan Mehmet Süreyya Er ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.