!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türküstan jurnalistləri Qarabağ münaqişəsindən xəbərsizdirlər” – Rauf Arifoğlu

!Reklam – Yazi

“Mən bu məsələdə daha çox Azərbaycan Xarici İşlər Nazirliyini və diaspor qurumlarını günahkar görürəm”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində baş tutan “Qarabağ” Panelində çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Rauf Arifoğlunun sözlərinə görə, bəzi Türk dövlətlərinin Qarabağ münaqişəsi haqqında məlumatsızlığı acı təəssüf doğurur:

“Buradakı çıxışlarda xüsusi qeyd olundu ki, son illərdə Türkiyə mediasında Dağlıq Qarabağ məsələsinə yönəlik həssaslıq artıb. Bir müddət əvvəl bu sahədə müəyyən problemlər vardı, ancaq deyildiyi kimi, bu məsələ də haradasa öz həllini tapıb.

Nə qədər təəccüblü olsa da, dünyada ən böyük erməni lobbisi Türkiyədədir. Baxın, dünyanın heç bir ölkəsində bir erməninin ölümünə görə “Hamımız Qrantız, hamımız erməniyik” şüarı ilə yüz minlərlə adam küçələrə axışmaz.

Bu, bizim ürəyimizi ağrıdır. Ancaq nəzərə almalıyıq ki, media və sosial şəbəkələrə də Türk dünyasının tərkibi kimi baxmaq lazımdır. Müəyyən tədbirlərdə Türküstandan gələn nümayəndələrlə görüşürük və məyus oluruq. Onlardan elələri var ki, bu dediyimiz problemlər barəsində məlumatsızdırlar, eşitdiklərini heyrətlə dinləyirdilər.

Mən bu məsələdə daha çox Azərbaycan Xarici İşlər Nazirliyini və diaspor qurumlarını günahkar görürəm. Qazaxıstan, Qırğızıstan və başqa ölkələrin mediaları ilə lazımı səviyyədə işləyə bilmirlər. Eyni zamanda, o ölkələrə gedən həmkarlarımız da qayıtdıqdan sonra səfərlə bağlı sadəcə, bir yazı yazmaqla kifayətlənirlər. Lakin mövcud potensialdan yetərli şəkildə istifadə olunmalıdır.

Təəssüf ki, rusdilli mediada ermənilərin mövqeyi güclüdür. Həmin nəşrlərdə işləyən ruslar ermənilərdən də artıq dərəcədə ermənilik edirlər. Rusiya mediasında xeyli tatar da işləyir, ancaq onlar da Türk ruhundan uzaqdırlar. Diqqət edin, 200 milyonluq Türk dünyası media platformasında bir neçə milyonluq erməninin qarşısında çətinlik çəkirik. Bununla belə, Türk dövlətlərində müəyyən media platformaları yaradılmalıdır, buna cəhd göstərilməlidir”.

www.yenicag.az

4850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv