Türkiyənin ikinci prezidenti İsmət İnönü və səkkizinci prezidenti Turqut Özala aid olan 5 şəxsi əşya nümayiş olunduğu muzeydən oğurlanıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi Malatyadakı muzeydən 5 əşyanın itdiyini müəyyən edib. Turqut Özala aid üzərində “Ana Vətən” Partiyasının loqosu olan saat və metal durbin, İsmət İnönüyə aid saat, möhür və plaket yoxa çıxıb.
Faktla bağlı araşdırma aparılır.