Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Turqut Özalın gizli müsahibəsi: “Xristianların Papası var, müsəlmanlarsa...” - Video

Jurnalist Yalçın Özerin 1991-ci ildə Türkiyənin o vaxtkı prezidenti Turqut Özaldan aldığı və 25 il gizli saxladığı müsahibəsi üzə çıxıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərhum Turqut Özalın uzun müddət gizli saxlanılan həmin müsahibəsində keçmişə və hazırda cərəyan edən proseslərə işıq salan şokedici məqamlar yer alıb.

O zaman Rusiyada səfərdə olan Turqut Özala jurnalistlərdən biri belə bir sual vermişdi:

“Amerikanın İraqa müdaxiləsinə dəstək verdiniz. Türkiyə ilə ərəb dünyasının münasibətləri onsuz da 20-ci illərdən bu yana yaxşı deyil. Bu dəstəyiniz münasibətləri daha da pisləşdirməyəcək ki?”

Özal bu suala cavabında Osmanlı İmperiyasının süqutuna yaxın dövrdə “İttihad və Tərəqqi” iqtidarının əsas fiqurlarından biri sayılan Camal Paşanın nəvəsi olan Hasan Camala işarə edərək, “Bu sualı Hasan Camala verin”, – dedi. Lakin Camal orada olmadığı üçün sual havada qaldı.

Bundan bir qədər sonra Yalçın Özer müsahibə götürmək üçün Turqut Özalla yenidən görüşür və ondan Hasan Camal məsələsinə aydınlıq gətirməsini xahiş edir. Cavabında mərhum prezident bunları deyir:

“Bizim çətinliklərimizdən biri də ölkəmizin çox həssas bir bölgədə yerləşməsidir. Bu ölkələrdə insanların satın alınması çox asandır. Bir almanı, fransızı, ingilisi, yaponu və ya rusu satın ala bilməzsiniz. İngilislər Osmanlını yıxmazdan əvvəl içəridəki bəzi şəxsləri satın almışdılar.

İngilislərdən maaş alan Osmanlının Cənub Cəbhəsinin Baş Komandanı Camal Paşaya (Hasan Camalın babası) təlimat verərək, Dəməşqdəki İslam alimlərini gənc qızlarını onun villasına gətirməsini, onlara spirtli içki verərək zorlamalarını, sonra isə geri göndərmələrini tələb edib.

Əmri alan Camal Paşa dərhal onu yerinə yetirib. Bu utandırıcı hadisə haqqında xəbər ərəb aləmində sürətlə yayılıb və “Osmanlı artıq pozulub, İslam yolundan çıxıb” məzmunlu təbliğata əsas yaradıb, ərəblər Osmanlıya düşmən kəsilib.

Xüsusilə, Hicazda pusquda dayanıb, məqam gözləyən Hüseyn Şərif də məsələnin mahiyyətini bilmədən, eşitdiklərinə inanaraq, ərəblərin ingilislərlə birlikdə Osmanlı əleyhinə qiyama başlamasına səbəb olub. O baxımdan, “Ərəb-Osmanlı düşmənçiliyinin səbəbini Hasan Camaldan soruşun, dedim”.

Özal müsahibəsinin davamında diqqəti avropalıların satın aldıqları adamlar vasitəsilə Osmanlını daxildən sarsıtdıqlarına yönəldərək, bununla Türkiyənin həm ərəb dünyasından, həm də Hindistan müsəlmanlarından qoparıldığını deyib:

“İngilislər bununla iki məqsədə nail oldular: Yaxın Şərqdəki neft ərazilərini nəzarətə götürdülər və Hindistanı (İslam Xəlifəsinin nüfuz dairəsində olduğundan təsir edə bilmədiklərinə görə – red.) yalnız Xilafətin ləğvindən sonra nəzarət altına aldılar”.

Özal daha sonra məzhəbçi ölkələrin yürütdüyü siyasət haqqında da fikirlərini açıq şəkildə ifadə edib:

“Şiə dövləti olan İranın indiyə kimi qeyri-müsəlman ölkələrlə müharibə etdiyi müşahidə olunmadı. Şiəliyi yaymaq üçün ancaq sünni müsəlman dövlətlərlə müharibə aparıb. Vəhhabilik isə ingilislərin yaratdığı bir cərəyandır, çox sünni qanı töküblər. Onların heç biri məzhəb deyil, bir-birilərinə düşməndirlər.

Şəriət – İslamı yaşamaqdır. Bizim jurnalistlər dini baxımdan cahil olduqları üçün o ölkələri şəriət dövlətləri adlandırırlar. Lap Parisdəki partlayışda həlak olanlara “şəhid” dedikləri kimi…”

Mərhum prezident Türkiyədə uzun müddət hakim siyasi qüvvə olmuş Cümhuriyyət Xalq Partiyasının (CHP) Avropa ilə əlaqələrinə də toxunub:

“CHP-ni bir az sıxsan, Türkiyədən Avropalı dostlarına şikayət edər. Necə? Ya əlaltından, ya da CHP-nin bəslədiyi qəzetlər vasitəsilə ictimai rəy yaratmağa çalışaraq…

CHP-çilərin ulu babaları olan Midhət Paşa və “kinim dinimdir” deyən spartalı Hüseyin Avni Paşa cütlüyüdür. Babaları isə “Gənc Türklər” və 600 illik Osmanlı Dövlətini 6 il ərzində yıxmağa nail olmuş üç nəfərlik banda: kapitanlıqdan generallığa yüksələn Ənvər, poçt işçisindən general rütbəsinə qədər ucalan Tələt və məlum Camal Paşadır…

Xəlifəyə hörməti dini baxımdan vacib sayan Hindistan müsəlmanlarını heç cür ram edə bilməyən ingilislər Osmanlıdan sonra qurulacaq yeni dövlətə bir şərtlə razılıq verdilər: 5 il ərzində Xilafət ləğv olunacaq. Nəticədə, 1924-cü ildə Xilafət ləğv edildi, müsəlmanlar başsız qaldılar.

İndi xristianların Papası olduğu halda, müsəlmanlar pərakəndə vəziyyətdədirlər. Bu siyasət nəticəsində ingilislər neft ərazilərini və Hindistanı asanlıqla nəzarətə götürərkən, Xəlifə Vahdəddin Xanın dünya müsəlmanlarından son istəyi Anadoluda başlatdığı müqavimət hərəkatı üçün dua etmək oldu.

Ancaq Hindistan müsəlmanları Türkiyədəki müqavimət hərəkatına dəstək olmaq üçün tonlarla qızıl göndərdilər. Ancaq CHP-çilər həmin qızılları mənimsəyib, onların bir hissəsi ilə İş Bankını yaratdılar”.

Yenicag.Az

www.yenicag.az

523
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM