!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turqut Özalın oğlu o şəkildən danışdı: “Gülən atamın otağına gizli girib” – Foto

!Reklam – Yazi

Türkiyənin mərhum prezidenti Turqut Özalın oğlu Əhməd Özal atasının FETÖ lideri Fətullah Gülənlə xəstəxanadakı şəklinə aydınlıq gətirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, canlı yayımda həmin şəklin tarixçəsini izah edən Özal bunları deyib:

“Fətullah Gülən atamın dövründə Orta Asiyada məktəblər açmaq fikrindəydi. Bu məqsədlə atamla görüşmək istəyirdi və bir dəfə görüşmüşdü. Qazaxıstan və Türkmənistanda məktəb açılmasının müsbət hal olduğunu düşündüyü vaxt idi…

O zaman polisdə bəzi təyinatlarla bağlı xahiş də etmişdi. Atam da deyir ki, qətiyyən olmaz. Məncə, sonra bir dəfə də atamla görüşüb. Gülən Hyustonda “Bypass” əməliyyatı keçirəndən sonra atamı ziyarət edib. Atamın palatasına girmək qadağandır. O, qapıda heç kimin olmadığını görüb içəri girir və orada oturur. Atam yatır, o isə həmin vəziyyətdə çəkil çəkdirir.

Atam onun bir sıra xahişlərini yerinə yetirmədiyi üçün sonralar “Sızıntı” dərgisində onun əleyhinə yazılar dərc etdi. Onun başqa imza ilə çap etdirdiyi çox ağır yazıları var”.

Yeniçağ.Az

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv