!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tursitlər olan maşın qəzaya düşdü - 7 yaralı

!Reklam – Yazi

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan 3-ü 99 KM 395 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobilində olan Bəhreyn vətəndaşları – Nohuma Teyfulla, Abdulla Sales və Nəsiri Abdulladır.

Xəsarət alanlardan 4-ü “Mersedes” markalı avtomobildə olan Şəki rayon sakinləri – Pərvanə Fikrət qızı Məmmədəminova, Şəbnəm Məmməd qızı Məmmədova,Tariyel Məzahir oğlu Səmədli və İsrafil Fikrət oğlu Rzayevdir.

Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan Bəhreyn vətəndaşlarının vəziyyəti normal, digərlərinin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

6772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv