Tədbirlərin birində Azərbaycan kinosunun incilərindən olan “Tütək səsi” filminin Nurusu – əməkdar artist Ötkəm İsgəndərov fotokameramıza poz verib.
Yenicag.az-a açıqlama verən aktyor uzun müddət görünməməsinin səbəbini pedoqoji fəaliyyətlə məşğul olması ilə izah edib.
Aktyor 43 il öncəyə qayıdaraq filmdə aldığı qonorarı da xatırlayıb:
“Həmin film 1975-ci ildə çəkildi və Nuru obrazına görə 619 manat qonorar aldım. O dövr üçün bu, çox böyük məbləğ idi. Həmin il Moskvaya getdim və aldığım pulla özümə bahalı əyin-baş aldım”.
Cəvahir