Tutulan icra başçısı məşhur iş adamının qohumudur – Detallar/FOTO

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Biləsuvar rayon icra başçısı Mahir Quliyev məşhur iş adamı hacı İbrahim Nehrəmli (İbrahimov) ilə quda imiş.

Yenicag.az xəbər verir ki, M.Quliyevin Qızı Hacı İbrahimin oğlu ilə ailəlidir.

Cütlüyün toyu 2011-ci ildə baş tutub.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib./olke.az/