Tütün məmulatlarının istehsalı artacaq – PROQNOZ

2018-ci ildə Azərbaycanda 62,7 milyon manat həcmində tütün məmulatlarının istehsalı gözlənilir.

Yenicag.az-ın məlumatına görə, bu barədə 2019-cu və növbəti üç il ərzində Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəricilərində deyilir.

Proqnozlara əsasən, növbəti illərdə tütün məmulatlarının istehsalı artacaq. Belə ki, 2019-cu ildə bu göstəricinin 76,9 milyon manat, 2020-ci ildə 94,4 milyon manat, 2021-ci ildə 115,7 milyon manat, 2022-ci ildə isə 141,7 milyon manat olacağı gözlənilir./Trend/

2022-ci ilədək tütün məmulatlarının istehsalı üzrə proqnozlar:

2017 2018 2019 2020 2021 2022
Fermetləşdirilmiş tütün (ton) 3415,9

3286,7 4108,3 5135,4 6419,3 8024,1
Papiroslar və siqaretlər (milyon ədəd) 1241,4 2550,0 2932,5 3372,0 3878,0 4460,0
COP29