!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tutuquşu evin xanımına ərinin xəyanətindən “danışdı”

!Reklam – Yazi

165764_res_01Qadın ərinin sevgi macaralarını, evin qulluqçusuyla ona necə xəyanət etməsini tutuquşundan öyrənə bilib.

Xoşagəlməz məqam ondan ibarətdir ki, tutuquşu bu cür “ağılsız addımı” Küveyt sakininin arvadının yanındaca atıb. Yəni, kişinin məşuqəsinə dediyi sözləri tutuquşunun təkrarlaması ər-arvad arasında mübahisəyə səbəb olub.

Uzun müddət imiş ki, qadın ərinin ona xəyanət etməsindən şübhələnirmiş. Amma ona bunu sübut etmək üçün əlində heç bir əsası yox imiş.

Tutuquşunun artıq-əksik danışması isə gizlinlərin üstünü açıb. Qadın dərhal polisə ərizə ilə müraciət edərək ərinin cəzalandırılmasını istəyib.

Qeyd edək ki, ər-arvad xəyanəti üçün Küveytdə cəza nəzərdə tutulur.

Məhkəmə zamanı kişinin cəzası “yüngülləşdirlib”. Belə ki, hakim tutuquşunun “ifadələrini” sübutlar siyahısına daxil etməkdən imtina edib. Tutuquşunun bu cür ifadələri televizordan da görüb, eşidə biləcəyini deyib.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv