Türkiyə Cümhuriyyəti Azərbaycana yeni səfir təyin edib.
Yenicag.az xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyinə Əhməd Dəmirok təyin edilib.
Əhməd Dəmirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub. O, 2013-ci ildən 2017-ci ilədək ölkəsinin Qətərdəki səfiri olub.
Qeyd edək ki, 11 oktyabr 2016-cı ildən həmin vəzifəni Erkan Özoral yerinə yetirirdi.
Türkiyə qanunvericiliyinə görə, səfirlər bir ölkədə maksimum 2+2 il müddətində səfir ola bilirlər.
www.yenicag.az