“Twitter” bu ölkədə qadağan oluna bilər

Twitter Fransa qanunvericiliyinə əməl etməsə, ölkədə qadağan oluna bilər.

Yenicag.az xəbər verir ki, bunu Fransanın rəqəmsallaşma və telekommunikasiya naziri Jan-Noel Barrot deyib.

“Twitter ictimai müzakirələrdə mühüm rol oynayır. Ancaq Twitter kimi sosial şəbəkənin dezinformasiya məlumatlarını yayaraq, Fransa demokratiyasına təsir göstərmə riskinə də göz yuma bilmərik”, – nazir vurğulayıb.