“Twitter” istifadəçilərinə XƏBƏRDARLIQ – Hesabınız silinəcək

“Twitter” şirkəti 6 aydan çox öz istifadəçi hesabına daxil olmamış istifadəçilərə həmin istifadəçi hesablarının silinməsi ilə bağlı bildiriş göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə The Verge saytı xəbər verib. Şirkət bildirib ki, bu cür üsul öz növbəsində istifadəçini sosial şəbəkədən daha aktiv şəkildə istifadə etməyə məcbur edir.

Bundan əlavə olaraq “Twitter” təmsilçisi qeyd edib ki, bu cür istifadəçi hesablarının silinməsi üçün bir neçə ay lazım olacaq.

“Twitter”dəki istifadəçi hesabını saxlamaq üçün istifadəçi şirkət tərəfindən göndərilmiş bu bildiriş məktubundakı link vasitəsilə sosial şəbəkəyə yönlənməli və istifadəçi hesbına daxil olmalıdır.

“Twitter”də nəsə paylaşım etmək isə məcbur deyil. Sosial şəbəkə bildirib ki, o hələ də vəfat etmiş şəxslərin istifadəçi hesabları ilə nə edəcəyini bilmir. Şirkət həmin şəxslərin əbədiləşdirilməsi üzrə üsullar üzərində çalışır.