“Twitter” mikrobloq istifadəçilərinin şəxsi mesajlarının kənar istifadəçilərin əlinə düşməsini etiraf edib.
Yenicag.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
Şirkətin məlumatında bildirilir ki, buna səbəb olan texniki səhv 2017-ci ilin mayında mövcud olub. O, 10 sentyabrda aşkarlanıb və dərhal aradan qaldırılıb.
“Bizim araşdırmalarımız davam edir. Xoşbəxtlikdən əlimizdə elə bir səbəb yoxdur ki, kənar şəxslərin əlinə keçən hər hansı informasiyanın qeyri-təyinatı üzrə istifadə olunduğunu güman edək”, – deyə “Twitter”dən bildiriblər./Report/