!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Twitter"ə təhlükə: Bu qaydalara riayət etməsə, ya cərimələnəcək, ya ləğv olunacaq

!Reklam – Yazi

“Twitter” AB-nin dezinformasiya kodundan geri çəkilir.

Yenicag.az xəbər verir ki, “Twitter” sosial şəbəkəsi Avropa Birliyinin dezinformasiyaya dair könüllü təcrübə kodeksindən çıxıb. Bu barədə daxili bazar üzrə Avropa komissarı Thierry Breton bildirib.

“Twitter” Aİ-nin dezinformasiyaya qarşı könüllü təcrübə kodeksini tərk etsə də, öhdəliklər qalır. Qaçmaq olar, amma gizlənə bilməzsən”, – Breton deyib.

O qeyd edib ki, könüllü öhdəliklərə əlavə olaraq, dezinformasiya ilə mübarizə 25 avqust tarixindən etibarən Aİ Rəqəmsal Xidmətlər Aktı çərçivəsində hüquqi öhdəliyə çevriləcək. “Twitter” şirkətdən zərərli məzmuna qarşı mübarizə aparmağı və illik risk qiymətləndirmələrini komissiyaya təqdim etməyi tələb edən “çox böyük onlayn platforma” kimi təsnif ediləcək.

Breton əlavə edib ki, qaydalara əməl edilməməsi biznesə illik gəlirin 6 faizi qədər cəriməyə və ya hətta Komissiya tərəfindən platformanın tamamilə qadağan edilməsinə səbəb ola bilər.

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv