“Twitter” sosial mediası bütün işçilərinə evdən işləmə təlimatı verib.
Yenicag.az xəbər verir ki, dünyada sürətlə yayılan yeni növ koronavirusa görə “Twitter”in bütün işçiləri evlərindən işləyəcək.
İşçilərin evdə işləmək üçün çəkdiyi bütün xərclərin şirkət tərəfindən ödəniləcəyi bildirilib.
Bundan əvvəl “Apple”, “Amazon”, “Microsoft” və “Google” kimi internet və texnologiya şirkətləri işçilərinə evdən işləmək üçün tövsiyə verib. “Twitter” isə bunu məcburi halda reallaşdıran ilk şirkət olub.
Qeyd edək ki, “Twitter”in 4 min 900 işçisi var.
Aqil Bəkir