“Twitter”in işində nasazlıq müşahidə olunur

Fevralın 8-də bir neçə ölkədə “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunub.

Yenicag.az-ın məlumatına görə, bu barədə “Downdetector” servisi bildirib.

ABŞ, Böyük Britaniya və Yaponiya sakinləri problemlərini ən fəal şəkildə bildiriblər.

Məlumata əsasən, istifadəçilərin 46% -i sosial şəbəkə saytına daxil ola bilmir. Digər 34% iPhone və ya iPad üçün tətbiqetmədə, 18% isə Android platformasında tətbiqetmədə problem yaşayır.