“Twitter”in işində problem yarandı

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Yenicag.az xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox Böyük Britaniya, ABŞ və Almaniyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (60%) saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 27% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb.

İstifadəçilərin 12%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.