Bir sıra ölkələrdə “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
Yenicag.az xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.
Nasazlıqlardan ən çox ABŞ, Malayziya və Braziliya istifadəçiləri şikayət edirlər. Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (66 %) saytın işində nasazlıqlardan şikayətlənir. Təxminən 21 % istifadəçi “iPhone” və “iPad” mobil cihazları üçün proqramda problemlərlə üzləşiblər. Sosial şəbəkə istifadəçilərinin 12 %-i sosial şəbəkəyə girişlə bağlı çətinliklərlə qarşılaşıblar.