Bəzi ölkələrdə “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
Yenicag.az-ın məlumatına görə, bu barədə Downdetector servisi bildirib.
Ən aktiv şəkildə problemlərin olduğunu Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Türkiyə və Yaponiyadan bildirirlər.
Məlumata əsasən, istifadəçilərin əksəriyyəti (57%) saytdakı nasazlıq barədə şikayət edir. Digər 27 faizi iPhone və iPad, 13 faizi isə – Android üçün tətbiqetmədələrdə problemlərin olduğunu bildirir.