“Twitter”in işində problemlər yarandı

“Twitter” sosial şəbəkəsinin işində bir neçə ölkədə fasilələr müşahidə olunur.

Yenicag.az-ın məlumatına görə, bunu populyar İnternet resurslarının işini izləyən “Downdetector” xidməti bildirib.

Ən çox şikayət ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlib.

Məlumata əsasən, problemlər barədə ən çox məlumat (6500-dən çox) ABŞ-dan olan istifadəçilərdən gəlib, onlar saytın işində fasilələrdən şikayət edirlər (92 faiz), 6 faizi hesablarına daxil ola bilmir və daha 2 faizi Android əməliyyat sistemi olan cihazlardakı “Twitter” tətbiqi ilə bağlı problem yaşayır.