“Twitter”in qurucusu ilk tvitini hərraca çıxardı

“Twitter” sosial şəbəkəsinin qurucusu Cek Dorsinin ilk tviti Valuables auksionunda hərraca çıxarılıb.

Yenicag.az-ın məlumatına görə, şənbə günü səhərədək ilk tivitin qiyməti 2 milyon ABŞ dolları olub.

Dorsi ilk tvitini 2006-cı ilin 21 mart tarixində paylaşıb.

İlk tviti almaq hüququ uğrunda əsas mübarizə “Bridge Oracle” şirkətinin icraçı direktoru Hakan Estavi ilə çinli sahibkar, “Tron” kriptovalyutasının qurucusu Castin San arasında gedir.