“Twitter” şirkətinin texniki direktoru Adam Messincer tutduğu postu tərk edib.
Yenicag.az-ın “İKT.lent.az”-a istinadən məlumatına görə, bu barədə “Twitter”in texniki direktoru özünün mikrobloqdakı səhifəsində məlumat verib.
Messincerin sözlərinə görə, şirkətdə işlədiyi 5 il müddətdən sonra fasilə vermək niyyətindədir. Mütəxəssis əməkdaşlığa görə resursun komandasına minnətdarlığını bildirib, həmçinin Cek Dorsiyə işləmək imkanı verdiyi üçün təşəkkür edib.
Xatırladaq ki, Adam Messincer əvvəl qərarların inkişafı üzrə vitse-prezident vəzifəsində çalışıb, sonradan isə “Twitter”in texniki direktoru vəzifəsinə keçib.
Messincer bildirib ki, hazırda dincəlməyə ehtiyacı var və bu zaman yeni qərarların qəbulu və axtarışı ilə məşğul olacaq.
Yenicag.az