U-18 komandamız Gürcüstan yığmasını məğlub etdi

Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə ilk yoldaşlıq oyununu keçirib.

Yenicag.az AFFA-nın saytına istinadla xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

U-18-in heyətində 46-cı dəqiqədə Tuncay Cəfərli və 60-cı dəqiqədə Eşqin Əhmədov fərqləniblər.

Komandalar arasında növbəti oyun oktyabrın 21-də keçiriləcək.