21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Yenicag.az xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.
“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
22 mart
Azərbaycan – İngiltərə 1:5
Qollar: Ramin Nəsirli, 83 – Harvi Elliot, 25;67, Noni Madueke, 29, Jayden Filoyen, 53, Arçi Qrey, 88.
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina).
Bakı, “Qarabağ Arena”.