ABŞ-da məhkəmə “Uber”in 1 milyon ABŞ dolları məbləğində cərimə olunmasına qərar verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, San-Fransisko şəhərində “Uber”lə sifariş olunmuş taksinin sürücüsü görmə məhdudiyyətli qadını və onun bələdçi köpəyini mənzil başına çatdırmaqdan imtina edib və xidmət göstərməyib. Qadın məhkəməyə müraciət edib və ayrıseçkiliyə məruz qaldığını, bu hadisənin artıq bir neçə dəfə yaşandığını bildirib.
Məhkəmə qadının iddiasını təmin edib və şirkətin sürücülərin davranışına görə məsuliyyət daşıdığını hökmdə qeyd edib.