“Uber”lə taksi sifariş elədi, zorlandı

Livanda taksi sürücüsü diplomat qadına öncə təcavüz edib, daha sonra qətlə yetirib.

Yenicag.az xəbər verir ki, “Uber” taksi xidmətində fəaliyyət göstərən sürücü Tarek Xauçi ifadəsində Rebekki Dayks adlı qadını qısa ətək geyindiyinə görə öldürdüyünü etiraf edib.

30 yaşlı qadının cəsədi yolun kənarında tapılıb. Onun bədənində zorakılıq əlamətləri aşkarlanıb. Qeyd edək ki, Rebekki Britaniyanın Beyrut səfirliyində çalışıb və hadisə baş verən gün qadın öz ölkəsinə, ailəsinin yanına gedəcəkmiş.

Araşdırma zamanı taksi sürücüsünün daha əvvəllər də məhkum olunduğu üzə çıxıb.

COP29