“Üç evin pulunu verib rəis gəlmişəm” – DYP rəisi / AUDİO

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisinin rüşvət aldığı iddia edilib.

Yenicag.az xəbər verir ki, bu barədə səs yazıları sosial şəbəkələrdə yayılıb.

Belə ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur.

Səslənən iddiaya görə, o, kiminləsə əlbir olub və müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib.

Səs yazısında V.Bəşirli əlbir olduğu adamdan 400-500 manat pul tələb edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yayılan səs yazısı barədə araşdırma aparılır:

“Bu barədə ətraflı məlumat veriləcək”./Oxu.az/