Üç gün idi yuyunmurduq ki..

81945“Alyans” Canlı Aləmi Mühafizə Birliyinin könüllüləri – Sumqayıt polisində döyüldüklərinin bildirən Lada Penkova və Aytən İsmayılova prokurorluqda izahat veriblər.

Bu barədə “Azadlıq” radiosuna Aytən İsmayılova məlumat verib.

A.İsmayılovanın sözlərinə görə, onlar Sumqayıt Şəhər Prokurorluğuna öz təşəbbüsləri ilə müraciət ediblər:

“Bu, ciddi məsələdir. Polisdə bizi döyüblər və bununla bağlı mətbuatda məlumat gedib. Döyülməyimizi sübut edən şəkillər də yayımlanıb. Gözləyirdik ki, bütün bunlardan sonra hüquq-mühafizə orqanlarının özü bizimlə maraqlanacaq. Bu, baş vermədi. Bədənimizdəki döyülmə izlərinin bir neçə günə itəcəyini düşündüyümüzdən prokurorluğa üz tutduq ki, bizi ekspertizadan keçirsinlər. Prokurorluqda bizdən izahat alıb Sumqayıt Şəhər Tibbi Ekspertizaya Mərkəzinə göndərdilər. Ancaq bizə bunu təsdiqləyən heç bir sənəd təqdim olunmadı. Şifahi şəkildə zəng vurub mərkəzə tapşırdılar, biz də ora getdik”.

Aytən İsmayılova bildirir ki, Sumqayıt Şəhər Tibbi Ekspertizaya Mərkəzində onların bədənindəki xəsarət izləri qeydə alınıb:

“Həkim baxdı, xəsarətləri qeydiyyata aldı. Biz daha dərin ekspertiza istəyirdik. Bədənimizdə bizi döyən polislərin əl izləri qalıb. Liflər vasitəsilə həmin izlərin kimə məxsus olduğunu təyin etmək mümkündür.“Alyans” Canlı Aləmi Mühafizə Birliyinin könüllüləri – Sumqayıt polisində döyüldüklərinin bildirən Lada Penkova və Aytən İsmayılova prokurorluqda izahat veriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Aytən İsmayılova məlumat verib.

A.İsmayılovanın sözlərinə görə, onlar Sumqayıt Şəhər Prokurorluğuna öz təşəbbüsləri ilə müraciət ediblər:

“Bu, ciddi məsələdir. Polisdə bizi döyüblər və bununla bağlı mətbuatda məlumat gedib. Döyülməyimizi sübut edən şəkillər də yayımlanıb. Gözləyirdik ki, bütün bunlardan sonra hüquq-mühafizə orqanlarının özü bizimlə maraqlanacaq. Bu, baş vermədi. Bədənimizdəki döyülmə izlərinin bir neçə günə itəcəyini düşündüyümüzdən prokurorluğa üz tutduq ki, bizi ekspertizadan keçirsinlər. Prokurorluqda bizdən izahat alıb Sumqayıt Şəhər Tibbi Ekspertizaya Mərkəzinə göndərdilər. Ancaq bizə bunu təsdiqləyən heç bir sənəd təqdim olunmadı. Şifahi şəkildə zəng vurub mərkəzə tapşırdılar, biz də ora getdik”.

Aytən İsmayılova bildirir ki, Sumqayıt Şəhər Tibbi Ekspertizaya Mərkəzində onların bədənindəki xəsarət izləri qeydə alınıb:

“Həkim baxdı, xəsarətləri qeydiyyata aldı. Biz daha dərin ekspertiza istəyirdik. Bədənimizdə bizi döyən polislərin əl izləri qalıb. Liflər vasitəsilə həmin izlərin kimə məxsus olduğunu təyin etmək mümkündür. Üç gün idi yuyunmurduq ki, bu liflər itməsin. Gözləyirdik ki, müraciət etdiyimiz Sumqayıt Şəhər Baş Polis İdarəsi bunu edəcək. Onlar da heç maraqlanmırlar. Yəqin izi itirmək istəyirlər. Gözləyirlər xəsarətin izləri itsin, sonra desinlər ki, guya bizi heç kim döyməyib”.

Sumqayıt Şəhər Baş Polis İdarəsindən Aytən İsmayılova və Lada Penkovanın şikayətləri barədə “Azadlıq”a məlumat vermək istəmədilər.

Qeyd edək ki, Lada Penkova və Aytən İsmayılova oktyabrın 16-da Sumqayıt ŞPİ 4-cü polis bölməsində döyüldüklərini bildirmişdilər. Bölmənin rəis əvəzi Fərəməz Bağırov isə “Azadlıq” radiosuna müsahibəsində qızların bu iddiasının gerçəyi əks etdirmədiyini söyləmişdi.

Üç gün idi yuyunmurduq ki, bu liflər itməsin. Gözləyirdik ki, müraciət etdiyimiz Sumqayıt Şəhər Baş Polis İdarəsi bunu edəcək. Onlar da heç maraqlanmırlar. Yəqin izi itirmək istəyirlər. Gözləyirlər xəsarətin izləri itsin, sonra desinlər ki, guya bizi heç kim döyməyib”.

Sumqayıt Şəhər Baş Polis İdarəsindən Aytən İsmayılova və Lada Penkovanın şikayətləri barədə “Azadlıq”a məlumat vermək istəmədilər.

Qeyd edək ki, Lada Penkova və Aytən İsmayılova oktyabrın 16-da Sumqayıt ŞPİ 4-cü polis bölməsində döyüldüklərini bildirmişdilər. Bölmənin rəis əvəzi Fərəməz Bağırov isə “Azadlıq” radiosuna müsahibəsində qızların bu iddiasının gerçəyi əks etdirmədiyini söyləmişdi.(qafqazinfo.az)