Üç gündür axtarılırdı: 14 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda Taxtakörpü su anbarında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Meyitin su anbarından çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Meyitin 06.07.2022-ci il tarixdən axtarışda olan 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğluna aid olduğu təsdiqlənib.