Üç il əvvəl meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub

5Lənkəranda üç il əvvəl yanmış meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Yeniçağ.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, 2013-cü il may ayının 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın evində sobanın üstündə yanmış meyiti tapılıb.

Daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq oradan 9100 manat pul və qızıl əşyalar aparmaları müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Yeniçağ.Az

COP29