Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Üç kənd köçmək təhlükəsi ilə üz-üzə qalıb" - Lerik sakinləri

Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri etiraza başlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Arqument.Az-a rayon sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Lerikin icra başçısı Rövşən Bağırov 3 kəndi susuz qoyur. Belə ki, bu gün bütün texnika əraziyə gətirilib və sakinlər ərazidən uzaqlaşdırılır.

Sakinlər bununla bağlı dəfələrlə Prezident Adminstrasiyası, “Azərsu” ASC, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olduqlarını, etirazlarını bildirdiklərini deyiblər. Sözügedən kəndlərdə 1500-dən çox sakin yaşayır.

Onların sözlərinə görə, bu kəndlərin istifadə etdiyi “Şüpək” meşə massivindəki su qonşu kəndlərə aparılacaqsa, köçmək təhlükəsi ilə üz-üzə qalacaqlar və eyni zamanda böyük bir meşə massivi də quruyub sıradan çıxacaq.

Sakinlər iddia edirlər ki, icra başçısı Rövşən Bağırov və Qorxmaz Hüseynov zorla suyu icra başçısının müavini Habil Məlikovun kəndinə aparır.

“Biz məcburuq ki, bu ərazidən köçək. Bundan sonra bu kəndlərdə yaşayış olmayacaq. İcra başçısı bizimlə şəxsi dava aparır. Biz 17 milyonluq yolun normal çəkilmədiyini ictimailəşdirdik. O da dedi ki, sizin suyu zorla da olsa, apararıq”, – Biləvər kənd sakini İbrət Azadov deyib.

Şivlə kənd sakini İslam Ağayev deyib ki, yaxın günlərdə yenidən Prezident Adminstrasiyasına gələcəklər.

Sakinlər qeyd ediblər ki, icra başçısı onların heç bir tələbini dinləmir, hətta zor tətbiq etməklə hədələyir.

İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin istifadə etdiyi “Şüpək” meşə massivindəki suyun aparılmasına 2017-ci ildə qərar verilib. Bununla bağlı dəfələrlə sakinlər şikayət edib, Prezident Adminstrasiyası, “Azərsu” ASC, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə üz tutublar.

İcra Hakimiyyəti və “Azərsu” ASC bu suyun layihə əsasında aparıldığını bildirib. Rəsmi qurumlar deyiblər ki, prezident bir neçə kəndin su ilə təchiz olunması ilə bağlı 1 milyon manat vəsait ayırıb.

Sakinlər isə bildiriblər ki, həmin kəndlərə (Şingədulan, Ləman, Zenoni, Durğan) su aparmaq üçün bir neçə su hövzəsi və mənbə var, amma icra başçısı və Qorxmaz Hüseynov məhz onların istifadə etdiyi bulağı aparmaqda israrlıdırlar.

www.yenicag.az

1456
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100