Üç kiloqram qızılı ölkədən bu yolla çıxarmağa CƏHD ETDİLƏR – FOTOLAR

Əcnəbi vətəndaşlar dekorativ kulon adı altında 3 kq qızılı Rusiyadan çıxarmağa cəhd ediblər.

Yenicag.az xəbər verir ki, uğursuz cinayət barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Amur vilayəti üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qiymətli metalın təxmini dəyəri 18 milyon rubldan (təxm. 320 min man. – red.) çoxdur.

Amur sərhədçiləri sərhəddən qızıl keçirməyə cəhd edən əcnəbiləri saxlayıblar.

Xuraman Etibarlı

COP29