“Üç manatlıq sosiskanın tərkibində ətdən başqa hər şey ola bilər” – Deputat

“Keyfiyyətli məhsul istehsal edənlər maya dəyərinə satış etməyə çətinlik çəkir. Yəni, bu qanunun əsas məqsədi keyfiyyətli məhsul istehsal etməkdir”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Məşhur Məmmədov deyib.

“Bu gün bazarda 3 manat 80 qəpiyə sosiska satılır. Ətin qiyməti 20 manatadırsa, 3 manata olan sosiskanın tərkibində ətdən başqa hər şey ola bilər. Mənə elə gəlir ki, bu qayda ət məhsullarına da tətbiq olunsa, yaxşı olar”, – deputat qeyd edib./unikal

COP29